logo

İlin əvvəlindən Bakıda baş verən yol qəzalarında 145 nəfər həyatını itirib

10:30 12-10-2021 | icon 1505
İlin əvvəlindən Bakıda baş verən yol qəzalarında 145 nəfər həyatını itirib

Bu il Bakı şəhərində baş verən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.

YeniAvropa xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, 2021-ci ilin 9 ayı üzrə paytaxt ərazisində 354 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Onun sözlərinə görə, baş verən qəzalar zamanı 145 nəfər həlak olub, 284 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.