logo

Azərbaycan Nur-Sultanda AQEM XİN başçılarının görüşündə təmsil olunur

10:10 12-10-2021 | icon 2296
Azərbaycan Nur-Sultanda AQEM XİN başçılarının görüşündə təmsil olunur

Qazaxıstanın paytaxtı Nur-Sultanda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) üzv dövlətlərinin xarici işlər nazirlərinin VI görüşü keçirilir.

YeniAvropa xəbər verir ki, görüşdə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev də iştirak edir.

Xarici işlər nazirlərinin Nur-Sultandakı (hibrid formatda) görüşünün gündəliyində forumun fəaliyyətinin əsas seqmentlərində etimad tədbirlərinin gücləndirilməsi kontekstində inkişaf perspektivləri müzakirə olunacaq.

Görüşün sonunda siyasi bəyannamənin qəbul edilməsi gözlənilir.

Qeyd edək ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin yaradılmasına dair təşəbbüsü Qazaxıstanın birinci prezidenti - elbası Nursultan Nazarbayev irəli sürüb. Hazırda təşkilatın Azərbaycan da daxil olmaqla, 27 daimi və 8 müşahidəçi üzvü var.

Müşavirədə iştirak edən ölkələrin dövlət və hökumət başçılarının görüşləri dörd ildə ən azı bir dəfə keçirilir.