logo

Türk lirəsi dollara qarşı rekord minimuma endi

20:31 11-10-2021 | icon 2961
Türk lirəsi dollara qarşı rekord minimuma endi

Türkiyənin milli valyutası olan türk lirəsi bu gün bir dollar üçün 9 lirəyə enərək 29 sentyabrda qeydə alınan əvvəlki rekord həddi (8.95) keçib.

YeniAvropa xəbər verir ki, bu barədə  "Bloomberg" məlumat yayıb.

Qeyd olunur ki, Türkiyə milli valyutasının zəifləməsi ötən payızdan bəri davam edir.