"Əliəkbər Ocaqnejat Azərbaycanda xüsusi agentura şəbəkəsinin yaradılması ilə məşğul olub"
"Azərbaycanın Vətən müharibəsində parlaq qələbəsindən sonra yeni reallıqlar yaranıb. Artıq bütün dünya ölkəmizin qələbəsini qəbul edir və yeni reallıqlara uyğunlaşır. Çox təəssüf ki Azərbaycanla hər zaman dost və mehriban qonşuluq münasibətlərində olan İran bu gün Azərbaycana qarşı qərəzli mövqedən çıxış edir".
YeniAvropa xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O qeyd edib ki, İranın Azərbaycan əleyhinə həyata keçirdiyi siyasətin və apardığı kampaniyanın kökündə böyük böhtan və qərəz dayanır: "Rəsmi Tehran Azərbaycanın tarixi naliyyətini qəbul edə bilmir. O İran ki, özünü islam respublikası adlandırır. Amma Ermənistanın müsəlman ölkəsi olan Azərbaycan torpaqlarını işğala məruz qoyduğu zaman, Azərbaycan ərazisində mövcud olan bütün infrastrukturun, sosial obyektlərin, evlərin darmadağın edilməsində birbaşa iştirak edib. Bu ölkənin vətəndaşları vaxtilə işğal altında olan ərazilərdə ermənilərlə birgə evlərin sökütüsünü həyata keçirib, tikinti materialları kimi İrana daşıyaraq, orada xüsusi bazarlarda satışını təşkil ediblər. Onlar bununla kifayətlənməyiblər, İran elə həmin dövrlərdə ermənilərlə birgə Azərbaycanda meşələrin qırılmasında, ekologiyaya ziyan vurulmasında birbaşa iştirak edib. Həmçinin Azərbaycanla sərhəd ərazilərdə, tarixi Azərbaycan torpaqlarında qeyri-qanuni əkin-biçinlə məşğul olublar, mal-qoyun saxlayıblar. Bu, yolverilməzdir".
Deputat qeyd edib ki, uzun müddət İran dini liderinin xüsusi nümayəndəsi kimi Azərbaycanda fəaliyyət göstərən Əliəkbər Ocaqnejat bu illər ərzində Azərbaycanda sadəcə xüsusi agentura şəbəkəsinin yaradılması ilə məşğul olub: "Hüseynçilər hərəkatı, İslam Partiyası, Müsəlman Birliyi Hərəkatı və s. zərərli təriqətlərin kurasiyasını həyata keçirib. Bu, birbaşa İranın Azərbaycana qarşı qərəzidir. Azərbaycan müstəqil siyasət yürüdən ölkə kimi bütün bu ittihamları rədd edir, İran tərəfinin ermənilərlə birgə Azərbaycanın tarixi torpaqlarında həyata keçirdiyi vandallıqları və dağıdıcı missiyasını ifşa edir". /Report
Avtobus və taksi fəaliyyətinə dair tələblər təsdiqlənib
Türkiyə Azərbaycanla birgə tarixi film çəkəcək
Xarici işlər naziri istefa verdi...
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib
“Texnika Bank”ın əmlakları təkrar hərraca çıxarılır
Avropa çempionatı: Minifutbol millimizin mümkün rəqibləri bəlli olub
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib
Sabah Bakıda 17° isti olacaq
Rusiya Ermənistan-ABŞ-Aİ görüşündən narahatdır
Tanışını öldürən şəxsin məhkəməsi başlayır
Paşinyan: Ermənistan mühacir “Dağlıq Qarabağ hökumətini” tanımır
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır
Bu gün 4 rayonda qaz olmayacaq
Salyanda nğqsanlar aşkarlanan məktəbin direktoru işdən çıxarılıb
Mərkəzi Bank uçot dərəcəsini endirib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb
Bakıda "COP29"a həsr edilən “Dayanıqlı Tikinti Zirvəsi” keçiriləcək
BMT-nin dünya xoşbəxtlik hesabatı: Finlandiya 7-ci dəfə birinci yerdədir
Lənkəranda zəncirvari qəza: Ata və oğul hadisə yerində ölüb
Azərbaycan nefti 87,51 dollara satılır
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 105 il ötür
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
Paytaxtda liftdə baş vermiş bədbəxt hadisə ilə bağlı komissiya yaradılıb
Rəsmi Bakı Rasmussenin hesabatındakı iddiaları qətiyyətlə pisləyib
Aprel ayında Prezidentinin Administrasiyasının vətəndaşların qəbulu CƏDVƏLİ