logo

“Müstəqillik Günü haqqında” qanun layihəsini I oxunuşda təsdiq edilib

15:20 11-10-2021 | icon 378
“Müstəqillik Günü haqqında” qanun layihəsini I oxunuşda təsdiq edilib

Azərbaycan Respublikasının Milli Məclisi “Müstəqillik Günü haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

 YeniAvropa xəbər verir ki, qanun layihəsi parlamentin oktyabrın 11-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə əsasən, mayın 28-nin Müstəqillik Günü, oktyabrın 18-nin isə Müstəqilliyin Bərpası Günü elan edilməsi nəzərdə tutulur. Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd olunacaq.

Qeyd edək ki, ölkəmizdə indiyə qədər mayın 28-i Respublika Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Günü kimi qeyd olunurdu.