logo

Sabah Bakıda arabir yağış yağacaq, 21° isti olacaq

12:29 11-10-2021 | icon 462
Sabah Bakıda arabir yağış yağacaq, 21° isti olacaq

Azərbaycanda oktyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində havanın çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-17°, gündüz 19-21° isti, Bakıda gecə 15-17°, gündüz 19-21° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 767 millimetr civə sütunundan 764 millimetr civə sütununa enəcək, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, oktyabrın 12-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarında yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16°, gündüz 17-22° isti, dağlarda gecə 0-3°, gündüz 3-6° isti olacağı bildirilir.