logo

Batumidəki uçquna səbəb olan azərbaycanlının məhkəməsi keçirilir

10:47 11-10-2021 | icon 1477
Batumidəki uçquna səbəb olan azərbaycanlının məhkəməsi keçirilir

Gürcüstanın Batumi şəhər məhkəməsində yaşayış binasında uçqunun baş verməsi ilə bağlı saxlanılan üç şəxsin məhkəməsi keçirilir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Azərbaycan vətəndaşı Zaur Budaqov və digər iki şəxs - ata-oğul Hüseyn və Giorgi Surmanidzeyə qarşı həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

Hazırda məhkəmə prosesində tərəflərin arqumentləri dinlənilir.

Hər üç şəxs ölüm və ağır nəticələrə səbəb olan tikinti işlərinin aparılmasında texniki və təhlükəsizlik qaydalarının kobud şəkildə pozulmasında ittiham olunurlar.

İstintaqla müəyyən olunub ki, Z.Budaqovun çökmüş binanın birinci mərtəbəsindəki mənzilində apardığı təmir-bərpa işləri zamanı dayaq divarların sökülməsi həyata keçirilib. Surmanidzelər təmirə cəlb olunan işçilərdir.

Xatırladaq ki, oktyabrın 8-də Batumidə yeddimərtəbəli yaşayış binasının bir blokunda baş vermiş çökmə zamanı üçü uşaq olmaqla 9 nəfər ölüb. Faciə ilə bağlı bu gün Gürcüstanda matəm günüdür, ölkə ərazisində dövlət bayraqları endirilib.