logo

Ceyhun Bayramov Serbiyaya səfər edib

10:32 11-10-2021 | icon 1463
Ceyhun Bayramov Serbiyaya səfər edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Tədbirində iştirak etmək məqsədi ilə Belqrad şəhərinə yola düşüb.

YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib. 

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun, həmçinin Serbiya Respublikasının xarici işlər naziri və digər rəsmilər ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.