logo

Gürcüstanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib

09:41 11-10-2021 | icon 1659
Gürcüstanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib

Gürcüstanın Azərbaycandakı səfirliyinin binasında dövlət bayrağı endirilib.

 YeniAvropa xəbər verir ki, bu barədə səfirlikdən bildirilib.

Qeyd edilib ki, Gürcüstan hökumətinin qərarına əsasən, Batumi şəhərində yaşayış binasının çökməsi və insan tələfatı ilə nəticələnən faciə ilə əlaqədar olaraq, oktyabrın 11-i Gürcüstanda matəm günü elan edilib.

Oktyabrın 11-də Gürcüstan səfirliyində matəm tədbiri keçirilib. Tədbir iştirakçıları həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Gürcüstan səfiri Zurab Pataradze diplomatik korpus adından həlak olanların ailələrinə başsağlığı verib: “Batumi şəhərində baş vermiş faciə bütün Gürcüstanı kədərləndirdi. Ölənlərin, hər biri üçün, xüsusən də uşaqlara görə kədərlənirik. Onların ailələrinə başsağlığı verir və onlarla birlikdə dua edirik.

Gürcüstan üçün bu çox çətin günlərdə dərdimizi səmimi olaraq bölüşən və başsağlığı verən hər kəsə minnətdarıq. Bu kədərimizi bizimlə bölüşdükləri və dəstək olduqları üçün Azərbaycan hökumətinə və sadə vətəndaşlara təşəkkür edirəm” .

0-1-0