logo

Hərbi Dəniz Qüvvələrimiz komanda-qərargah təliminə başlayır

09:58 10-10-2021 | icon 1708
Hərbi Dəniz Qüvvələrimiz komanda-qərargah təliminə başlayır

Oktyabrın 11-dən etibarən Xəzər dənizinin Azərbaycana məxsus sektorunda Hərbi Dəniz Qüvvələrinin (HDQ) komanda-qərargah təlimi keçiriləcək.

Müdafiə Nazirliyindən YeniAvropa-ya bildirilib ki, hərbi gəmilərin və dəniz xüsusi təyinatlılarının iştirakı ilə keçiriləcək təlimdə Xəzər dənizinin ölkəmizə məxsus sektorunda enerji infrastrukturlarının mühafizə və müdafiəsi üzrə tapşırıqlar icra olunacaq.

Komanda-qərargah təlimi oktyabrın 13-dək davam edəcək.