logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 85 min nəfəri ötüb

15:11 09-10-2021 | icon 3101
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 85 min nəfəri ötüb

Oktyabrın 9-da Azərbaycanda 39 min 890 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 min 816, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 min 74 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 962 min 945, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 877 min 452, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 85 min 493 nəfər təşkil edir.