logo

Azərbaycan Gürcüstana başsağlığı verdi

11:55 09-10-2021 | icon 1953
Azərbaycan Gürcüstana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Batumi şəhərində yaşayış binasının bir hissəsinin çökməsi nəticəsində insan tələfatı ilə bağlı başsağlığı verib.

YeniAvropa xəbər verir ki, bu barədə məlumat XİN-in "Twitter" hesabında yerləşdirilib. 

“Gürcüstanın Batumi şəhərində yeddimərtəbəli yaşayış binasının çökməsi xəbəri bizi çox kədərləndirdi. Hadisə nəticəsində həlak olanların ailələrinə başsağlığı verir, yaralıların tezliklə şəfa tapmasını diləyirik. Azərbaycan dost Gürcüstanla həmrəyliyini ifadə edir”, - deyə başsağlığında vurğulanıb.