logo

Azərbaycan nefti 84,78 dollara satılır

10:10 09-10-2021 | icon 1169
Azərbaycan nefti 84,78 dollara satılır

Azərbaycan neftinin qiyməti bahalaşıb.

YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,97 dollar artaraq 84,78 dollar təşkil edib.

 

Qeyd edək ki, son iki ildə Azərbaycan neftinin maksimum satış qiyməti bu il oktyabrın 6-da qeydə alınıb. Azərbaycan neftinin  bir barreli 2019-cu il aprelin 26-dan bəri ilk dəfə rekord qiymətə - 85,15 dollara satılıb.  

Xatırladaq ki, “Azeri Light” neftinin bir barelinin qiyməti 2020-ci il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.