logo

Hadrut qəsəbəsinin düşməndən azad olunmasından bir il ötür

09:49 09-10-2021 | icon 1862
Hadrut qəsəbəsinin düşməndən azad olunmasından bir il ötür

Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad edilməsindən 1 il ötür.

YeniAvropa xəbər verir ki, Hadrut qəsəbəsi oktyabrın 9-da erməni işğalçılarından azad edilib.

Hadrut qəsəbəsinin və daha 8 yaşayış məntəqəsinin işğaldan azad edildiyini prezident İlham Əliyev həmin gün xalqa müraciətində elan edib.

Dövlət başçısı aparılan uğurlu əməliyyatla Cəbrayıl rayonunun Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı, Tərtər rayonunun Çaylı, Xocavənd rayonunun Sor kəndlərinin və Hadrut qəsəbəsinin işğaldan azad edildiyini bildirib.

Hadrutun azad edilməsi 44 günlük müharibənin əsas dönüş nöqtələrindən hesab olunur. Keçirilən əməliyyat nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.