logo

"Instagram"ın işində yenə problemlər yaranıb

09:31 09-10-2021 | icon 3206
"Instagram"ın işində yenə problemlər yaranıb

Bir sıra ölkələrdən olan “Instagram” istifadəçiləri sosial şəbəkənin işindəki nasazlıqlarla üzləşib.

YeniAvropa xəbər verir ki, bunu populyar internet resurslarındakı problemləri izləyən “Downdetector” veb saytı bildilir.

Sosial şəbəkənin işindəki nasazlıq Bakı vaxtı ilə saat 22:27-də qeydə alınıb. Problemlər ilk növbədə ABŞ, Almaniya, Böyük Britaniya və Niderlandda, həmçinin Kanada, İtaliya, İrlandiya, İspaniya, Fransa, Rusiya və digər ölkələrdən olan istifadəçilər tərəfindən qeydə alınıb.

“Downdetector”un məlumatına görə, istifadəçilərin çoxu tətbiqin fəaliyyətindən şikayət edir, həmçinin bildirilir ki, serverə qoşulanda, xəbər lentini izləyəndə və saytla işləyərkən də problemlər olur.