logo

"Qızıl top" mükafatına bu il 30 futbolçu namizəddir

22:11 08-10-2021 | icon 3213
"Qızıl top" mükafatına bu il 30 futbolçu namizəddir

"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatına namizədlərin siyahısı açıqlanıb.

YeniAvropa xəbər verir ki, bu il mükafata 30 oyunçu iddialıdır.

Həmin futbolçular bunlardır: Nikolo Barella, Lautaro Martines (hər ikisi "İnter", İtaliya), Kərim Benzema, Luka Modriç (hər ikisi "Real Madrid", İspaniya), Leonardo Bonuççi, Corcio Kyellini (hər ikisi "Yuventus", İtaliya), Kevin de Bröyne, Ruben Diaş, Fil Foden, Riyad Mahrez, Rəhim Sterlinq (hamısı "Mançester Sit", İngiltərə), Kriştianu Ronaldu, Bruno Fernandeş (hər ikisi "Mançester Yunayted", İngiltərə), Canluici Donnarumma, Kilian Mbappe, Lionel Messi, Neymar (hamısı PSJ, Fransa), Erlinq Holann ("Borussiya" Dortmund, Almaniya), Jorjinyo, N Qolo Kante, Sezar Azpilikueta, Romelu Lukaku, Meyson Maunt (hamısı "Çelsi", İngiltərə), Harri Keyn ("Tottenhem", İngiltərə), Simon Kyaer ("Milan", İtaliya), Robert Levandovski ("Bavariya", Almaniya), Jerar Moreno ("Vilyarreal", İspaniya), Pedri ("Barselona", İspaniya), Məhəmməd Salah ("Liverpul", İngiltərə), Luis Suares ("Atletiko", İspaniya).

Qeyd edək ki, "France Football" nəşri koronavirus pandemiyasına görə ötən il mükafatı heç bir oyunçuya verməyib. "Qızıl top"u sonuncu dəfə 2019-cu ildə hazırda Fransa PSJ-sində çıxış edən Lionel Messi qazanıb.