logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 59 min nəfəri ötüb

18:59 08-10-2021 | icon 1456
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 59 min nəfəri ötüb

Oktyabrın 8-də Azərbaycanda 38 min 789 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 min 121, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25 min 668 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 923 min 55, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 863 min 636, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 59 min 419 nəfər təşkil edir.