logo

Azərbaycanda daha 904 nəfər koronavirusa yoluxdu, 13 nəfər öldü

18:38 08-10-2021 | icon 1456
Azərbaycanda daha 904 nəfər koronavirusa yoluxdu, 13 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 904 yoluxma faktı qeydə alınıb, 1196 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 490 min 130 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 470 min 861 nəfər müalicə olunaraq sağalıb, 6 min 638 nəfər vəfat edib. Aktiv xəstə sayı 12 min 631 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 664, bu günə qədər isə ümumilikdə 4 milyon 932 min 673 test icra olunub.