logo

Batumidə çökən yaşayış binasının dağıntılar altında hələ 20 nəfər qalır

15:35 08-10-2021 | icon 2737
Batumidə çökən yaşayış binasının dağıntılar altında hələ 20 nəfər qalır

Gürcüstanın Batumi şəhərindəki 26 May küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının çökmüş blokunun dağıntıları altından ikisi uşaq olmaqla 4 nəfər çıxarılıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  həmin şəxslər xəstəxanaya çatdırılıb.

Batumi meriyasının məlumatına əsasən, binanın çökmüş blokunda 15 ailə yaşayıb.Odur ki,  dağıntılar altında hələ 20-yə yaxın insanın qaldığı ehtimal edilir.

Meriyadan verilən məlumata görə, bina yaşayış üçün yararlı olub və tikili amortizasiyaya uğramayıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaqa başlayıb.