logo

Şuşada silah-sursatlar aşkarlanıb

14:54 08-10-2021 | icon 1946
Şuşada silah-sursatlar aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə silah-sursatların aşkarlanması məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, Şuşa rayon Polis Şöbəsinin əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin müvafiq qurumları ilə birgə keçirdikləri növbəti tədbirlər zamanı Şuşa şəhərindən və Daşaltı kəndi ərazisindən 1 avtomat, 3 mina, 30 müxtəlif növ qumbara, 7 “Foqot” qurğusu, 12 qumbaraatan mərmisi, 6 minaatan mərmisi, 11 UZRQM partladıcısı, 7380 ədəd müxtəlif çaplı patron və digər döyüş sursatları aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.