logo

Şuşa Bəyannaməsinin bütün türk dövlətlərinə şamil olunmasını arzulayırıq-Səfir Cahit Bağçı 

14:33 08-10-2021 | icon 2044
Şuşa Bəyannaməsinin bütün türk dövlətlərinə şamil olunmasını arzulayırıq-Səfir Cahit Bağçı 

Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan əlaqələrini özündə əks etdirməsinə baxmayaraq, həmin sənədin məzmununun türk birliyinin ümumi vəzifəsinə çevriləcəyinə inanıram.

YeniAvropa xəbər verir ki, bu fikri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümü və Türk Dünyası” adlı beynəlxalq simpoziumda səsləndirib.

“Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümündə belə bir tədbirin keçirilməsi çox əhəmiyyətlidir”. Bu həm də seçdiyimiz yol xəritəsində harada olduğumuzu, hansı işləri görməli olduğumuzu müəyyənləşdirmək üçün tarixi dəyərləndirmədir. 

Şuşa Bəyannaməsində göstərilir ki, Türkiyə-Azərbaycan əlaqələri bütün sahələrdə inkişaf etməlidir. Bu, bizim üçün təlimatdır. Bunun bütün türk dövlətlərinə şamil olunmasını arzulayırıq”, -deyə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı vurğulayıb.