logo

Vətən müharibəsindən sonra 102 şəhid övladı dünyaya gəlib

11:55 08-10-2021 | icon 1918
Vətən müharibəsindən sonra 102 şəhid övladı dünyaya gəlib

"Vətən müharibəsindən sonra 102 şəhid övladı dünyaya gəlib. Onlar, ümumiyyətlə bütün şəhid övladları və qazilər bizə əmanətdir. Azərbaycan xalqı 44 günün sonunda prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun rəşadətli əsgər və zabitlərinin igidliyi hesabına ərazi bütövlüyünü bərpa edib".

YeniAvropa xəbər verir ki, bu barədə "YASAT" Fondunun rəhbəri Elvin Hüseynov "Hərə bir qəhrəman oldu" layihəsinin təqdimat mərasimində məlumat verib.

E.Hüseynov bildirib ki, bu şanlı Zəfəri bizə yaşadan Vətən müharibəsi iştirakçıları, şəhidlər və qazilərə hər zaman borcluyuq: "Biz məhz şəhidlərimiz hesabına torpaqlarımızı işğaldan azad etmişik. Postmüharibə dövründə də Azərbaycan dövlətinin gücünün şahidi olduq. Şahidik ki, işğaldan azad edilmiş torpaqlarda yenidənqurma və bərpa işləri həyata keçirilir".

E.Hüseynov vurğulayıb ki, hazırda "YAŞAT" Fondunun əməkdaşlarının əksəriyyəti şəhid ailələrinin üzvləri, xüsusilə Birinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanların övladlarıdır: "Əməkdaşların məhz həmin əhali qrupundan seçilməsində məqsəd odur ki, şəhid ailələri Vətən uğrunda şəhid olanların ailə üzlərini və qaziləri daha yaxşı başa düşə bilərlər. Fond hazırda 4 istiqamət üzrə fəaliyyət göstərir və şəhid ailələri və qazilərə xidmət edir. Bu istiqamətlərdən biri də, əlbəttə ki, təhsildir. Biz şəhid övladlarının təhsil problemlərini həll etməyə çalışırıq, vaxt gələcək hansısa yüksək vəzifəni tutan şəhid övladını görəndə fəxr edəcəyik ki, onu vaxtilə məhz "YAŞAT" Fondu dəstəkləyib".