logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 33 min nəfəri ötüb

19:17 07-10-2021 | icon 2996
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 33 min nəfəri ötüb

Oktyabrın 7-də Azərbaycanda 42 min 746 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 min 173, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 min 573 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 884 min 266, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 850 min 515, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 33 min 751 nəfər təşkil edir.