logo

"EURO-2024"ün püşkatma mərasiminin vaxtı bəlli oldu

16:59 07-10-2021 | icon 3220
"EURO-2024"ün püşkatma mərasiminin vaxtı bəlli oldu

Futbol üzrə 2024-cü il Avropa çempionatının (EURO-2024) seçmə mərhələsinin püşkatma mərasiminin vaxtı açıqlanıb.

 YeniAvropa UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, turnirin püşkü 2022-ci il oktyabrın 9-da Almaniyanın Frankfurt şəhərində atılacaq.

Püşkatmanın nəticələrinə görə, 54 milli komanda qruplara bölünəcək. Yığmalar final mərhələsinə 23 vəsiqə uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, Avropa çempionatı Almaniyada təşkil olunacaq. Matçlar Berlin, Köln, Dortmund, Düsseldorf, Frankfurt, Gelzenkirxen, Hamburq, Leyptsiq, Münhen və Ştutqart şəhərlərində keçiriləcək.

Almaniya daha əvvəl 1988-ci ildə qitə çempionatına ev sahibliyi edib. Həmçinin 1974 və 2006-cı il dünya çempionatları də bu ölkədə gerçəkləşib.