logo

Dünya çempionatı: 3 yunan-Roma güləşçimiz yarımfinala yüksəlib

16:47 07-10-2021 | icon 1414
Dünya çempionatı: 3 yunan-Roma güləşçimiz yarımfinala yüksəlib

Azərbaycanın üç yunan-Roma güləşçisi Norveçin paytaxtı Oslodakı dünya çempionatında yarımfinala yüksəlib.

 YeniAvropa xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli ardıcıl olaraq Koriun Sahradian (Ukrayna) və Sardarbek Konuşbayevi (Qırğızıstan) məğlub edib. O, finala gedən yolda Ken Matsui (Yaponiya) ilə üz-üzə gələcək.

77 kq çəkidəki Sənan Süleymanov Kayratbek Tuqolbayev (Qırğızıstan), Daler Rzazadə (Tacikistan) və Roland Şvartsa (Almaniya) qalib gəlib. O, yarımfinalda Timur Berdıyev (Belarus) ilə görüşəcək.

Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, 82 kq çəkidəki Rafiq Hüseynov isə Ranet Kaljola (Estoniya), Kalidin Asikayev (Qırğızıstan) və Aleks Kessidisə (İsveç) qalib gələrək adını yarımfinala yazdırıb və Adlan Akiyevə (Rusiya) rəqib olub. O, dünya ikincisi Kessidislə görüşdə 0:6 hesabıyla geridə olsa da, ikinci hissədə geridönüş edərək 7:6 hesabıyla qalib gəlib.

72 kq çəkidəki Ülvü Qənizadə isə İdris İbayev (Almaniya) və Şmaqi Bolkvadzedən (Gürcüstan) güclü olsa da, Məhəmməd Muxtari (İran) ilə bacarmayıb.

Xatırladaq ki, indiyədək Azərbaycanın sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Qadın güləşçilər isə yarışı medalsız bitirib.