logo

Sabahdan ov mövsümü başlayır

15:41 07-10-2021 | icon 1813
Sabahdan ov mövsümü başlayır

Ov Məsələləri üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib və ov mövsümünün açıq elan edilməsinə qərar verilib.

 YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev məlumat verib. 

Bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının, aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların və ictimai birliklərin nümayəndələrinin təmsil olunduğu iclasda ov mövsümünün başlanması, vəhşi heyvanların və quşların ovlanmasının müddətləri, normaları, limitləri müzakirə olunub və ov mövsümünün oktyabrın 8-dən etibarən açılması qərara alınıb.

“Ovlanmasına icazə verilən vəhşi heyvanların və quşların ovlanma müddətləri və normaları ilə bağlı elan nazirliyin rəsmi internet səhifəsinin “Elanlar” bölməsində yerləşdirilib”,-deyə Firuddin Əliyev bildirib.