logo

Belçikaya yollanan futbol millimizin 3 üzvündə koronavirus aşkarlandı

15:05 07-10-2021 | icon 2744
Belçikaya yollanan futbol millimizin 3 üzvündə koronavirus aşkarlandı

Xəbər verdiyimiz kimi, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində çıxış etmək üçün hazırda Belçikada səfərdə olan Azərbaycan milli komandasının 3 futbolçusu - Həmzəalı Mikayılov (müdafiəçi, “Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, “Səbail”) və İbrahim Ağayarovun (yarımmüdafiəçi, “Qarabağ”) COVID-19 testi pozitiv nəticələnib. Belçikanın daxili qanunları nəzərə alınaraq, Azərbaycan millisinin üzvləri hazırda qaldıqları oteldə karantin rejimindədirlər.

YeniAvropa AFFA-ya istinadla xəbər verir ki, millimizin seçmə mərhələdə keçirməli olduğu oyunlarla bağlı AFFA ilə UEFA arasında telefon rabitəsi vasitəsilə məsləhətləşmələr aparılır və qəbul olunacaq yekun qərar barədə oktyabrın 8-də məlumat veriləcək.