logo

İlham Əliyev Pakistanın prezidentinə başsağlığı verdi

14:53 07-10-2021 | icon 1659
İlham Əliyev Pakistanın prezidentinə başsağlığı verdi

Prezident İlham Əliyev oktyabrın 7-də Pakistan İslam Respublikasının prezidenti Arif Alviyə başsağlığı məktubu ünvanlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir: 

"Hörmətli cənab prezident,

Ölkənizin Bəluçistan əyalətində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Allah rəhmət eləsin!"