logo

Gürcüstanda baş nazir istefaya göndərilir

12:25 07-10-2021 | icon 2604
Gürcüstanda baş nazir istefaya göndərilir

Gürcüstanın baş naziri İrakli Qaribaşvili vəzifəsindən istefa verəcək.

 YeniAvropa xəbər verir ki, bu barədə yerli “Pirveli” telekanalı etibarlı mənbəyə istinadən məlumat yayıb. 

Bildirilib ki, hakim Gürcü Arzusu Partiyasında oktyabrın 2-də baş tutmuş yerli seçkilərdə regionlarda əldə olunmuş uğursuz nəticələrdən narazılıq yaranıb və buna beynəlxalq qalmaqal da əlavə olunub. 

Telekanalın məlumatına əsasən, İ.Qaribaşvilini hazırkı regional inkişaf və infrastruktur naziri İrakli Karseladze əvəzləyəcək.