logo

Cüdoçumuz dünya çempionatında gümüş medal qazanıb

19:49 06-10-2021 | icon 2709
Cüdoçumuz dünya çempionatında gümüş medal qazanıb

İtaliyanın Olbia şəhərində gənc cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan təmsilçisi Turan Bayramov gümüş medal qazanıb.

 YeniAvropa xəbər verir ki, çempionatda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan T.Bayramov (60 kq) final görüşündə Giorgi Sardalaşviliyə (Gürcüstan) məğlub olaraq gümüş medalla kifayətlənib.

Oktyabrın 10-dək davam edəcək turnirə 73 ölkədən 500-dən çox cüdoçu qatılacaq.