logo

Baş Prokurorluq Bakıda 60 ağacın kəsilməsinı münasibət bildirdib

18:32 06-10-2021 | icon 1547
Baş Prokurorluq Bakıda 60 ağacın kəsilməsinı münasibət bildirdib

 Baş Prokurorluq paytaxtın Nərimanov rayonunun "Dərnəgül-1" ünvanı ilə Z.Bünyadov prospektinin kəsişməsindəki yaşıllıq zolağında 60 ağacın özlərini “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin əməkdaşları kimi təqdim edən bir qrup şəxs tərəfindən kəsilərək məhv edilməsi ilə bağlı bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlara münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, həmin ərazidə ağacların kəsilməsi ilə əlaqədar Nərimanov rayon Polis İdarəsinin 17-ci polis şöbəsində vətəndaş müraciətləri əsasında araşdırma aparılıb.

Toplanmış material Nərimanov rayon Prokurorluğu tərəfindən öyrənilib və fakta görə Cinayət Məcəlləsinin 259.1-ci (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqın aparılması rayon polis idarəsinin istintaq şöbəsinə tapşırılıb.

Hazırda iş üzrə istintaq davam edir.