logo

Azərbaycan və Ermənistan xarici işlər nazirləri yenidən görüşəcəklər

17:30 06-10-2021 | icon 1708
Azərbaycan və Ermənistan xarici işlər nazirləri yenidən görüşəcəklər

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla yeni görüşə dair razılıq əldə edilib”.

 YeniAvropa  “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə "hökumət saatı" zamanı çıxışında bildirib.

Onun sözlərinə görə, görüşdə ilk növbədə humanitar məsələlər müzakirə ediləcək. "İlk növbədə Azərbaycanda saxlanılan erməni əsirləri məsələsi müzakirə ediləcək. Bundan başqa Qarabağda Azərbaycanın nəzarətində olan ərazilərdə erməni mədəni abidələrinin vəziyyətinin öyrənilməsi ilə bağlı beynəlxalq təşkilatların nümayəndələrinin həmin ərazilərə buraxılması məsələsi müzakirə edələcək",-deyə Ararat Mirzoyan bildirib. 

Erməni nazir ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycanlı həmkarı lə görüşünün baş tutmasının Ermənistan tərəfindən birmənalı olaraq təqdir edildiyini vurğulayıb.

Xatırladaq ki, sentyabrın 24-də, Nyu-Yorkda BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistam XİN başçılarının görüşü keçirilib.