logo

Sədərək rayonuna qadın icra başçısı təyin edildi

17:07 06-10-2021 | icon 1575
Sədərək rayonuna qadın icra başçısı təyin edildi

Prezident İlham Əliyev oktyabrın 6-da Naxçıvan Muxtar Respublikası Sədərək rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Mahirə İsmayıl qızı Adnayeva Naxçıvan Muxtar Respublikası Sədərək rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin".