logo

İlham Əliyev Yaponiyanın baş nazirini təbrik etdi

16:46 06-10-2021 | icon 1596
İlham Əliyev Yaponiyanın baş nazirini təbrik etdi

Prezident İlham Əliyev oktyabrın 6-da Yaponiyanın baş naziri Fumio Kişidaya təbrik məktubu ünvanlayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir: "Hörmətli cənab baş nazir,

Yaponiyanın baş naziri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulduğu otuz ilə yaxın müddət ərzində Azərbaycan-Yaponiya əlaqələrinin, xüsusilə də iqtisadi əməkdaşlığının inkişafı yolunda əldə edilmiş nailiyyətlər məmnunluq doğurur.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında dostluq münasibətlərini genişləndirmək, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə məsul fəaliyyətinizdə uğurlar diləyirəm".