logo

Azərbaycanın Qırğızıstana yeni səfiri təyin edilib

16:26 06-10-2021 | icon 1624
Azərbaycanın Qırğızıstana yeni səfiri təyin edilib

Prezident İlham Əliyev oktyabrın 6-da Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin".

Prezident İlham Əliyevin bu gün imzaladığı digər bir sərəncamla Hidayət Xuduş oğlu Orucov Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.