logo

Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır-Petr Mixalko

15:59 06-10-2021 | icon 1687
Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır-Petr Mixalko

Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır. Biz iqtisadiyyat, innovasiyalar, ticarət, enerji, investisiyalar, infrastruktur və əməkdaşlıq kimi mühüm sahələrdə güclü tərəfdaşlıq şəraitində birlikdə işləməyə hazırıq.

YeniAvropa xəbər verir ki, bu fikirləri Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalko bu gün prezident İlham Əliyevə etimadnaməsini təqdim edərkən söyləyib.

“Avropa İttifaqı ilə Azərbaycan arasında yeni hərtərəfli Sazişin imzalanması bizim əsas prioritetimiz olacaq. Biz əminik ki, bu, nəinki bizim ikitərəfli əməkdaşlığımızın genişləndirilməsinə kömək edəcək, eyni zamanda, Azərbaycan iqtisadiyyatının daha da güclənməsinə xidmət edərək onun çiçəklənməsi və şaxələnməsini artıracaq”, - deyə Petr Mixalko vurğulayıb .