logo

Respublika Günü və Dövlət Müstəqilliyi Gününün adıı dəyişdirilir

15:45 06-10-2021 | icon 1561
Respublika Günü və Dövlət Müstəqilliyi Gününün adıı dəyişdirilir

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

YeniAvropa xəbər verir ki, deputatlar layihə barədə fikirlərini bildiriblər.

Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.

Layihəyə əsasən, 28 May - Respublika Gününün adı dəyişdirilərək mayın 28-i Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilir. Həmin günlər isə hər il bayram kimi qeyd olunacaq.