logo

Sabah Səfər ayı başa çatır

12:55 06-10-2021 | icon 1442
Sabah Səfər ayı başa çatır

Sabah, okyabrın 7-də Səfər ayı başa çatır.

YeniAvropa xatırladır ki, Hicri təqvimi ilə avqustun 10-u Məhərrəm ayının ilk günü olub. Avqustun 19-da isə Aşura günü qeyd edilib. Sentyabrın 7-də Məhərrəm ayı başa çatıb.

Qeyd edək ki, Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində-əsasən şiyələrin yaşadıqları bölgələrdə  toy mərasimləri təxirə salınır. Bu, Məhəmməd peyğəmbərin (s) nəvəsi imam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid edilməsinə təziyyə saxlanılması ilə əlaqədardır.