logo

Bakıda iranpərəstlərin “Hüseyniyyə” məscidi bağlanıb

23:13 05-10-2021 | icon 427
Bakıda iranpərəstlərin “Hüseyniyyə” məscidi bağlanıb

Deyəsən, Bakı son günlər nümayiş etdirdiyi davranışına və Ermənistana açıq-aşkar dəstəyinə görə Tehran rejimini cəzalandırmaq qərarına gəlib.

YeniAvropa xəbər verir ki, bu gün Azərbaycan DİN İran tərəfdarı olan şiələrin yığışdığı “Hüseyniyyə” məscidini bağlayıb.

"Turan" İA-nın məlumatına görə, bu məscid həm də İranın Ali dini lideri Əli Xamneyinin rəsmi nümayəndəsi Əli Əkbər Ocaqnicadın ofisidir.

İranın rəsmi nümayəndələri, həmçinin İranın din xadimləri Bakıya səfər etdikdə bu məsciddə çıxış edirdi.

Məscidin bağlanmasının rəsmi səbəbi koronavirusun yayılmasıdır.

DİN-in rəsmi nümayəndəsi Ehsan Zahidovun verdiyi məlumata görə, hadisələrin təhlili bu məscidin son vaxtlar koronavirusun yayıldığı yerlərdən biridir. Bu səbəbdən məscidin fəaliyyəti dayandırılıb və orada epidemioloji tədbirlər görülür.