logo

Daşnaklar Paşinyana qarşı mitinqlərə hazırlaşır

21:12 05-10-2021 | icon 2534
Daşnaklar Paşinyana qarşı mitinqlərə hazırlaşır

“Noyabrda mitinqlərin keçiriləcəyinə əminəm”.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Ermənistanın Daşnaksütyun Partiyasının üzvü Baqrat Yesayan jurnalistlərlə görüşündə bildirib.

Onun fikrincə, xalq keçmiş və indiki manipulyasiyadan qurtulmalı və təhlükədə olduğunu anlamalıdır.

"Siyasi elitanın vəzifəsi səylər göstərmək və xalqa mesajlar çatdırmaqdır. Bu siyasət deyil, dövlətin taleyi həll edilir", - deyə o, qeyd edib.