logo

NATO müdafiə nazirləri Brüsselə toplaşır

20:50 05-10-2021 | icon 2331
NATO müdafiə nazirləri Brüsselə toplaşır

Şimali Atlantika Alyansına(NATO) üzv dövlətlərin müdafiə nazirləri 21-22 oktyabr tarixlərində Brüsseldə bir araya gələcək.

YeniAvropa  "TASS" informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.

"Görüşlər NATO-nun baş katibi Yens Stoltenberqin rəhbərliyi altında keçiriləcək", - məlumatda deyilir.

Alyansın mətbuat xidməti görüşün proqramının daha sonra açıqlanacağını əlavə edib.