logo

İrlandiya millisi Azərbaycanla oyun öncəsi problemlə üzləşib

20:30 05-10-2021 | icon 2611
İrlandiya millisi Azərbaycanla oyun öncəsi problemlə üzləşib

İrlandiya yığmasının futbolçusu Rayan Menninq Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyununu buraxa bilər.

YeniAvropa xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Stiven Kenni mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bugünkü məşqdə ayaq biləyində ağrı hiss edən 25 yaşlı müdafiəçi tibbi müainədən keçəcək. Onun Bakıya gəlib-gəlməyəcəsi məhz həmin müayinənin nəticəsindən asılı olacaq.

Qeyd edək ki, İrlandiya millisi oktyabrın 9-da Bakı Olimpiya Stadionunda Azərbaycan yığmasının qonağı olacaq, oktyabrın 12-də isə Dublindəki "Aviva" stadionunda Qətəri qəbul edəcək.