logo

Sabunçuda 15 yaşlı oğlan nədən atasını öldürdü?

18:38 05-10-2021 | icon 1568
Sabunçuda 15 yaşlı oğlan nədən atasını öldürdü?

Oktyabrın 3-ü saat 19 radələrində 1984-cü il təvəllüdlü Vüqar Eyyubovun yaşadığı evdə xəsarət alması nəticəsində ölməsi barədə Sabunçu rayon Prokurorluğuna məlumat verilib.

Sabunçu rayon Prokurorluğundan YeniAvropa-ya bildirilib ki, aparılmış araşdırmalarla əvvəllər məhkum edilmiş, narkotik vasitə aludəçisi olan Vüqar Eyyubovun yaşadığı fərdi evin həyətində ailə üzvlərinə narkotik vasitə tapmalarını tələb etməsi səbəbindən baş vermiş ailə münaqişəsi zəminində mübahisə zamanı fiziki zor tətbiq edib 2006-cı il təvəllüdlü oğlu Aydın Eyyubovu yerə yıxaraq boğazına şüşə parçası dirəyib pul tapmayacağı təqdirdə onları öldürəcəyi ilə hədələyərkən sonuncu daş parçası ilə Vüqar Eyyubovun başına bir neçə dəfə zərbə vuraraq zəruri müdafiə həddini aşaraq atasını öldürüb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 123.1-ci (zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aydın Eyyubova Cinayət Məcəlləsinin 123.1-ci maddəsi ilə ittiham elan edilməklə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.