logo

Azərbaycan və Türkiyə hərbçiləri Naxçıvanda təlimlər keçirir

18:12 05-10-2021 | icon 1568
Azərbaycan və Türkiyə hərbçiləri Naxçıvanda təlimlər keçirir

Naxçıvanda Türkiyə və Azərbaycan hərbçilərinin iştiraki ilə "Sarsılmaz Qardaşlıq-2021" təlim-məşqlər keçirilir.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində məlumat verilib.

"Türkiyənin 3-cü Ordusunun hərbçiləri və Əlahiddə Ümumqoşun ordusunun komandanlığın iştiraki ilə “Sarsılmaz Qardaşlıq-2021" təlimlərinin ərəfəsində keçirilən təlim-məşqlər uğurla başa çatıb",- deyə məlumatda qeyd edilib.

"Sarsılmaz Qardaşlıq-2021" təlimləri oktyabrın 8-dək davam edəcək.