logo

İbrahim Mustafayev Prezident Administrasiyasına gətirildi

17:57 05-10-2021 | icon 1911
İbrahim Mustafayev Prezident Administrasiyasına gətirildi

Gədəbəyin icra hakimiyyətinin başçısı vəzifəsindən bu gün azad edilən İbrahim Mustafayev Prezident Administrasiyasında yüksək vəzifəyə gətirilib.

 YeniAvropa xəbər verir ki, İbrahim Mustafayev Prezident Administrasiyasının ərazi idarəetmə orqanları ilə iş üzrə şöbəsinin rəhbərinin müavini təyin olunub.

Qeyd edək ki, həmin şöbəyə prezidentin köməkçisi Zeynal Nağdəliyev başçılıq edir. 

xatırladaq ki, İbrahim Ənvər oğlu Mustafayev 2018-ci ilin avqustunda Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.