logo

Faktiki hava: Qırız, Xınalıq və Şahdağa qar yağıb

17:35 05-10-2021 | icon 1596
Faktiki hava: Qırız, Xınalıq və Şahdağa qar yağıb

Oktyabrın 5-i saat 17:00-a olan məlumatına əsasən, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağdam, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Xaçmaz, Quba, Xaltan (Quba), Qusar, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan (Saatlı), Yardımlı, Lerik, Kişçay (Şəki), Sarıbaş (Qax), Şabranda yağış, Qırız, Xınalıq (hər ikisi Quba), Şahdağ (Qusar) qar yağıb.

YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, gün ərzində şimal-şərq küləyi əsib, Neftçalada saniyədə 20, Naftalan, Şamaxıda 18, Hacıqabulda 16, Bakı, Qum adasında 17, Sumqayıt, Neft Daşlarında 16 metrədək güclənib. Neft Daşları meteoroloji stansiyasının verdiyi məlumata əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2,7 metr olub.