logo

Qəbələdə 54 yaşlı qadın intihar etdi

15:55 05-10-2021 | icon 1666
Qəbələdə 54 yaşlı qadın intihar etdi

Qəbələ rayonunda intihar hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki,hadisə rayonun Zərgərli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1967-ci il təvəllüdlü Zemfira Əhmədxanova özünü yaşadığı evin həyətində olan mal tövləsindən asıb.

Məlumata görə, Z.Əhmədxanova ruhi-əsəb xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.