logo

Paytaxtda yolu keçən piyadanı vurub qaçan sürücü saxlanılıb

15:35 05-10-2021 | icon 1645
Paytaxtda yolu keçən piyadanı vurub qaçan sürücü saxlanılıb

Nəsimi rayonu ərazisində yolu keçən Ağdaş rayon sakini S.Məmmədova müəyyən olunmamış avtomobillə vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, hadisə nəticəsində piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “NAZ-Lifan” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini F.Mustafayev rayon polis idarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək saxlanılıb.

Hadisə ilə bağlı Nəsimi rayon Polis İdarəsi tərəfindən təhqiqat davam edir.