logo

"Facebook", "Instagram" və "Whatsapp"da yaranmış problemin səbəbi açıqlanıb

11:10 05-10-2021 | icon 1456
"Facebook", "Instagram" və "Whatsapp"da yaranmış problemin səbəbi açıqlanıb

Xəbər verdiyimiz kimi, oktyabrın 4-də bir neçə saat ərzində "Facebook", "Instagram" və "Whatsapp" istifadəçiləri adıçəkilən platformalara daxil ola bilməyiblər.

Elektron Təhlükəsizlik Xidmətindən YeniAvropa-ya bildirilib ki, "Facebook" şirkəti tərəfindən açıqlanan məlumata əsasən, "Facebook", "Instagram" və "Whatsapp" xidmətlərinin göstərilməsində dayanmalara konfiqurasiyada səhvən edilən dəyişiklik səbəb olub.

Şirkətin data mərkəzləri arasında trafiki təşkil edən əsas şəbəkə qurğularının konfiqurasiyasında edilən dəyişikliklər daxili sistem və şəbəkələrə təsir göstərib və bərpa prosesini çətinləşdirib.

Şirkət tərəfindən verilən məlumata görə, hazırda istifadəçilərin məlumatlarının sızmasına dair hər hansı sübut yoxdur.

Bu istiqamətdə əlavə hər hansı yenilik olarsa, ictimaiyyət məlumatlandırılacaq.