logo

Daha bir həkim koronavirusdan həyatını itirib

09:55 05-10-2021 | icon 1631
Daha bir həkim koronavirusdan həyatını itirib

Azərbaycanda daha bir həkim koronavirusdan dünyasını dəyişib.

YeniAvropa xəbər verir ki, Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının dosenti, infeksionist İlham Bayramov COVID-19-dan vəfat edib.

Bu barədə mərhumun qohumları sosial şəbəkədə məlumat paylaşıblar. Qeyd edilib ki,o, uzun müddətdir müalicə olunsa da, terminal koma durumuna düşərək 47 yaşında dünyasını dəyişib.